YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri Enriko Lettanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.