YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili məsələləri müzakirə olunub

İyulun 10-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və gənclərin iştirak etdikləri tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı DQİDK tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini bildirib. O, müvafiq istiqamətlərlə bağlı fikir mübadiləsi və müzakirələrin aparılması üçün mütəmadi olaraq konfrans, seminar və “dəyirmi masa”ların təşkil olunduğunu da diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Suad Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və digər çıxış edənlər də dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması ilə bağlı fikirlərini söyləyiblər.

Sonra ölkəmizdə dini radikalizmə və ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr, eləcə də bu sahədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti məsələləri müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv