YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan hüquqi dövlət quruculuğu yolunda qətiyyətli addımlar atır

«Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi davam edir, ölkəmiz sosial dövlətdir və Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olub». Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, belə şəraitdə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması daha çox asanlaşır. Onun sözlərinə görə, Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və onların layiqli həyat tərzinin təmin edilməsidir.

«Bu prinsiplərin cəmiyyətdə bərqərar olması hüquqi dövlət konsepsiyasının özünü doğrultmasını şərtləndirən amillərdəndir. Bu gün Azərbaycan bu reallıqlarla yaşayır. Konstitusiyamızda bu institutların təsbit olunması onu deməyə əsas verir ki, biz həqiqətən demokratiya yolundayıq. Azərbaycanın bugünkü inkişafı, ölkəmizdə Avropa yurisdiksiyasının tətbiqi və insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda qətiyyətli addımlar atmasının göstəricisidir»-deyə, birinci vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv