YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək

"Dünyanın heç bir ölkəsi qəzadan sığortalı deyil. Bu baxımdan, elektrik enerjisi sahəsində indiyə qədər inkişaf etmiş ölkələrdə də ciddi problemlər yaşanıb. Azrbaycanda bir neçə gün öncə bu sahədə baş vermiş qəzanın nəticələri demək olar ki, tam aradan qaldırılıb". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəzyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı hadisənin araşdırılması üçün ciddi tapşırıqlar verdi. Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda xeyli sayda yeni elektrik stansiyası istifadəyə verilib. "Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bütövlükdə ölkəmizin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun da 2500 meqavatı son 15 il ərzində yaradılıb. Cənab Prezident vurğuladı ki, ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları və su elektrik stansiyaları yaradılıb. Bütün bunlar enerji sisteminin dayanıqlılığının təmin edilməsi baxımından çox önəmlidir. Ancaq bir qəza nəticəsində demək olar ki, ölkəmizin enerji sistemində bir neçə gün öncə müşahidə edilmiş ciddi problemlər əlbəttə suallar doğurur. Dövlət başçısı məsələnin qısa müddətdə araşdırılmasını və ciddi tədbirlər görülməsini tapşırdı", - deyə E.İbrahimov qeyd edib.

O, elektrik sistemində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumlarının işinin təqdirəlayiq olduğunu vurğulayaraq, ictimaiyyət nümayəndələrinin də baş verənlərə münasibətini də müsbət qiymətləndirib. "Çox yaxşı haldır ki, qəzanın nəticələrinin aradan qaldırılmasında müvafiq dövlət qurumları yaxşı işlədilər və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Eyni zamanda, Azərbaycan cəmiyyəti də bu çətin sınaqdan şərəflə çıxdı. Belə çətin anlarda insanlar bir birilərinə dəstək oldu, həmçinin hansısa profakasiya xarakterli çağırışlara uymadılar. Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında bu problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılacaq"-deyə, E.İbrahimov vurğulayıb.