YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır

"Heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıbdır. Xüsusən ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür". Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkili xatırladıb ki, Azərbaycanda Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi. Onun sözlərinə görə, cənab Prezident müşavirədə çox ciddi tapşırıqlar verdi. "Ancaq hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı. Bəlli oldu ki, Azərbaycanda dayanıqlı enerjinin bərpası ilə bağlı həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə enerji sektorunun intqrasiya edilməsi idi. Qəzanın nəticələrinin tezliklə və qısa müddətdə aradan qaldırılması bir daha onu göstərdi ki, Azərbaycanda qonşu ölkələrlə enerji kommunikasiyaların inteqrasiya olunması vaxtında atılan strateji ve uzaqgören bir addim idi. Bu məsələ ilə bağlı cənab Prezident qonşu Rusiya və Gürcüstana öz təşəkkürünü bildirdi. Əlbəttə ki, cənab Prezident məsələlərin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaqdır", - deyə H.Babaoğlu qeyd edib.

Son 15 il ərzində ölkəmizdə 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikildiyini bildirən millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanın enerji potensiali 6400 meqevata bərabərdir ki, bu da çox ciddi bir rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda elektrik enerjisi ixracı üçün də şərait yaradır: "Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi məmurların ve rəhbər şəxslərin yol verdiyi nöqsanlar nəticəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıb. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik techizatına mənfi təsir göstəribdir". Hikmət Babaoğlunun sözlərinə görə, cənab Prezident müşavirədə bu məsələyə də diqqət çəkərək bildirdi ki, bunun səbəbləri aydınlaşdırılımalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır ki, gələcəkdə bir daha Azərbaycanda bu cür qəzalar baş verməsin. "Eneji sektoru mürəkkəb bir sektordur. Ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün də yeni planların və layihələrin hazırlanması bu gün akutaldır. Cənab Prezident qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və s. rayon və bölgələrdə elektrik stansiyaları yaradılmışdır. Amma bunların fəaliyyəti arasında görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İstilik Elektrik Stansiyasına alternativ ola biləcək və yaxud orada fəsad baş verən zaman ölkənin enerji böhranının qarşısını ala biləcək bu yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarmışdır. Əslində, bu hadisə onu göstərdi ki, fövqəladə vəziyyətdə Azərbaycan xalqı soyuqqanlı davranmağı, mürəkkəb şəraitdə cəmiyyət üzvləri bir-birinə dəstək göstrməyi bacarır. Nümayiş etdirilən bu mövqe Azərbaycan vətəndaşlarının həmrəyliyininin bir nümunəsi idi. Cənab Prezident müşavirədə Azərbaycan cəmiyyətinin bu davranışlarını yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və baş verənləri anlayışla qarşılamağı bacarır".

Millət vəkili vurğulayıb ki, doğurdan da bu gün sözün əsl mənasında Azərbaycanda vətəndaş həmrəyliyi var. O bildirib ki, bu həmrəyliyin əsasında da Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır. Çünki Azərbaycan vətəndaşları bilir ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması üçün uzun illərdir ardıcıl məqsədyönlü siyasət həyata kecirilir ve bu siyasət Azərbaycanda dayanıqlı enerji təchizatını təmin edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Azərbaycanın bütün dövlət orqanları xüsusilə də Fövqəladə Hallar Nazirliyi, daxili işlər orqanları, Bakı Nəqliyyat Agentliyinin birgə və koordinasiyalı fəaliyyəti sayəsində həm ölkəmizdə birinci dərəcəli strateji obyektlərin qorunması, həm ictimai nəqliyyatın tənzimlənməsində heç bir problem yaşanmadı. Bu problem lokal səviyyədə qaldı və yaranmış qəzanın fəsadları ən qısa müddətdə aradan qaldırıldı. Bu da Azərbaycanda dövlət qurumlarının nə qədər effektiv və koordinasiyalı fəaliyyət göstərməsinin bir nümunəsidir. "Bu bir növ həm də Azərbaycanda elektrik enerjisi sisteminin test olunması idi. Qəza nəticəsində mümkün və mövcud olan boşluqlar üzə çıxmışdır. Bunların aradan qaldırılması ilə bağlı cənab Prezident müşavirədə qeyd etdi ki, bütün strateji obyektlər mobil elektrik generatorları ilə təmin edilsin ki, gələcəkdə belə hallar baş verərsə, birinci dərəcəli strateji obyektlərin mühafizəsi daima diqqət mərkəzində saxlanılsın. Eyni zamanda, ölkəmizin enerji təchizatı sistemi xarici auditorlar tərəfindən qiymətləndirilsin, problemlər həll edilsin. Bütün bunlar sübhəsiz ki, enerji süktorumuzun sağlamlaşdırılmasına xidmət edəcək və gələcəkdə bənzər problemlərin baş verə bilmə ehtimalının qarşısını alacaq", - deyə Hikmət Babaoğlu qeyd edib.

DİGƏR Xəbərlər Arxiv