YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyası “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa keçirib

Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişaf və intizam komissiyası  “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə YAP-ın İdarə Heyətinin üzvü, komissiyasının sədri Kərim Kərimov bildirib ki, hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası-dövlətçilik ideologiyası mövcuddur və milli ideologiya dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir. Azərbaycançılıq ideologiyası partiyamızın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərlərini əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü əski çağlarla, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.

Dəyirmi masada, həmçinin, AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.