YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür

«Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən uğurlu siyasət mədəniyyət sahəsini də əhatə edir. Sistemli və məqsədyönlü tədbirlər mədəniyyət sahəsində mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, paytaxtda və regionlarda yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilir və ya əsaslı təmir olunur. Onun sözlərinə görə, mədəniyyət obyektlərinin, xüsusilə də kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması bu sahədə həyata keçirilən stimullaşdırıcı tədbirlər sırasında yer alır.

«Prezident İlham Əliyev bu sahənin inkişafını xüsusi olaraq diqqət mərkəzində saxlayır və ötən müddət ərzində dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlar uğurla yerinə yetirilib. Diqqətə çatdırmaq istəyirəm ki, bu müddətdə kitabxana-informasiya sahəsi üzrə (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) dövlət proqramları icra edilməkdədir. Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Davamlı olaraq mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Bütün bunlar Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Digər tərəfdən, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir»-deyə, J.Əliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv