YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Həştərxan sammiti Xəzərin statusunun müəyyən edilməsində yeni mərhələnin əsasını qoydu

Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Zirvə toplantısı Xəzər dənizinin statusunun müəyyən edilməsində yeni mərhələnin əsasını qoydu. Bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, bioloji resurslar haqqında saziş beş ölkənin hamısına bioloji resurslardan daha rasional istifadə etmək imkanı verəcək.

X.Xələfov deyib ki, sammitdə ikinci mühüm məqam fövqəladə vəziyyətlərdə əməkdaşlığa dair razılaşmaya nail olunmasıdır: "Hidrometeorologiya haqqında sazişin imzalanması da mühüm addımdır".

Nazir müavininin sözlərinə görə, dövlət başçılarını bəyanatı Xəzər dənizinin statusu məsələsinin nizamlanması üzrə əsas prinsipləri müəyyən edib.