YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir

«Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir.

«Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq»-deyə, komitə sədri vurğulayıb.