YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb

Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.

Bu fikirlər Prezident Aleksandr Lukaşenkonun Belarus ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda yer alıb.

Məktubda birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsinin qoyulduğunu, sənaye sahəsində bir sıra layihələrin həyata keçirildiyini vurğulayan Aleksandr Lukaşenko əmin olduğunu bildirib ki, ölkələrimiz arasında təməlində ənənəvi etimad duran münasibətlər bundan sonra da Belarus və Azərbaycan xalqlarının mənafeyi naminə dinamik inkişaf edəcək.