YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Budapeştdə Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək

Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.

"Azərbaycanla olan münasibətlərimiz bizim üçün strateji əhəmiyyət daşıyır. Hesab edirik ki, Avropa İttifaqı Azərbaycanla yeni strateji əməkdaşlıq qurmalıdır. Çünki ölkəniz hazırda Avropa İttifaqı üçün enerji şaxələndirilməsinin bir nömrəli mümkün mənbəyi sayılır. Şadıq ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması bizim enerji mənbələrinin şaxələndirilməsinə təkan verəcək", - deyə nazir qeyd edib.

Nazir diqqətə çatdırıb ki, Macarıstanın Azərbaycandakı səfirliyi 2020-ci ilədək NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını yerinə yetirəcək, NATO ilə Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.

P.Siyarto deyib: "Macarıstan Azərbaycanla bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, əczaçılıq və informasiya texnologiyaları sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Azərbaycanın “Silkway Cargo” yük aviadaşıyıcısı Bakı ilə Budapeşt arasında uçuşunu bərpa edib ki, bu da ölkələr arasında yükdaşımalara təkan verəcək".