YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alis Uels: ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı proseslərdə iştirakına görə Azərbaycana minnətdarlıq edir

Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır. ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı istənilən prosesdə iştirak etdiyinə görə Azərbaycana minnətdarlıq edir.

Bu fikirləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels iyunun 29-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Alis Uels qeyd edib ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna əllidən çox ölkənin təmsilçiləri daxildir. Onlar Əfqanıstanda sülh prosesinə və Prezident Məhəmməd Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və Prezident Məhəmməd Əşrəf Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi bildirdik. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən biridir. Bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır.