YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rick Perry: ABŞ Azərbaycanın qlobal enerji layihələrinə dəstəyini bundan sonra da davam etdirəcək

Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, qitəyə enerji ehtiyatları təchizatının şaxələndirilməsini təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır.

Rick Perry ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib.

P.Şahbazov isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın mövqeyini yüksək qiymətləndirib.

Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerji mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.

Energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon, ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də görüşü olub.

DİGƏR Xəbərlər Arxiv