YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycana qarşı "siyasi məhbus" məsələsi üzrə məruzəçisinin təyin olunmasının heç bir ciddi əsası yoxdur

«AŞPA-da Azərbaycana qarşı "siyasi məhbus" məsələsi üzrə məruzəçisinin təyin olunmasının heç bir ciddi əsası yoxdur». Bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, belə bir qərar ölkəmizə qarşı təzyiq vasitəsidir. Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafı, inamla müstəqil siyasət həyata keçirməsi müəyyən beynəlxalq gücləri narahat edir.

«AŞPA-nın məlum qərarı da məhz ölkəmizin uğurlarına qarşı yönəlib. Azərbaycanda insan hüquq və azadlıqları tam təmin olunub. Heç kim siyasi baxışlarına görə həbs edilməyib.  Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir. Hansısa cinayət etmiş şəxsin həbs olunmasına siyasi don geyindirilməsi isə yolverilməzdir. Antiazərbaycançı mərkəzlərə çalışan müəyyən "QHT" və "hüquq müdafiəçiləri" var ki, onlar saxta "siyasi məhbus" siyahıları tərtib edirlər. Həmin dairələr isə bu saxta siyahılardan öz məqsədləri üçün sui-istifadə edir. Bütün bunlara rəğmən Azərbaycan heç vaxt öz milli maraqlarını, müstəqil siyasətini kiməsə güzəştə getməyib və getməyəcək. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. Bu  qərar AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin növbəti bir göstəricisidir. Amma  Azərbaycan heç zaman öz doğru yolundan dönməyəcək»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.