YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Bu gün ordumuz dünyada ən modern ordular sırasında qəbul olunur

«Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad möhtəşəm idi». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 100 il öncə yaranan Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunub.

«Ona görə də, ordumuz dünyada ən modern ordular sırasında qəbul olunur. Ordumuzun gücünü işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunması da təsdiqlədi. Bu möhtəşəm  hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı. Azərbaycan ordusu hazırda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdır»-deyə, deputat qeyd edib.