YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Cənub Qaz Dəhlizi Avropa üçün həm enerji, həm də milli təhlükəsizlik baxmından böyük imkanlar açır

«Cənub Qaz Dəhlizi Avropa üçün həm enerji, həm də milli təhlükəsizlik baxmından böyük imkanlar açır». Bu fikri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Rafael Hüseynov qurumun yay sessiyasında çıxışı zamanı deyib.

R.Hüseynov bildirib ki, artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi Avropadan Azərbaycana münasibətdə daha korrekt və aydın, daha ölçülü-biçili və düşünülmüş, daha ədalətli və obyektiv mövqe ortaya qoymağı tələb edir. Onun sözlərinə görə, bu mühüm iqtisadi layihənin həm də son dərəcə ciddi siyasi yükü var. Çünki bu layihə yalnız Avropanın gələcək enerji təhlükəsizliyi üçün deyil, həm də milli təhlükəsizliyindən ötrü xüsusi əhəmiyyət kəsb edir.

«Bu layihəyə dünyanın ən böyük dövlətləri də dəstək göstərir. Azərbaycanın aparıcı fiqur olduğu Cənub Qaz Dəhlizi Avropanı həm qazla təmin edəcək, həm də müəyyən qüvvələrin qaz amilindən Avropa ölkələrinə qarşı siyasi təzyiq kimi istifadə imkanlarını aradan götürəcək. Azərbaycan qazı 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə, 2020-ci ildən başlayaraq digər Avropa ölkələrinə nəql olunacaq. Bu nəhəng layihənin gerçəkləşməsinə illərdir ki, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı daimi ciddi siyasi dəstəyini və digər köməkliyini göstərir. Çünki onlar bu layihənin ən əvvəl ağır siyasi çəkisi olduğunu anlayırlar. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya iqtisadi və siyasi dayaq, etibarlı tərəfdaş olan ölkə kimi önəmini xeyli artırır. Eyni zamanda, Cənub Qaz Dəhlizi iqtisadi maraq və gücləri birləşdirən amil kimi də çıxış edir. Çünki gələcəkdə bu kəmərlə Azərbaycan qazı ilə yanaşı, Orta Asiya, İsrail, İran qazının da ötürülməsi nəzərdə tutulur. Avropanın qaz şantajı vasitəsilə törədilən siyasi təhdidlərdən qurtulmasına mötəbər əsas yaradan Cənub Qaz Dəhlizinə Azərbaycan da öz milli təhlükəsizliyi üçün əlavə vasitə kimi baxır. Çünki belə faydalanmalar həmişə qarşılıqlı olur və olmalıdır»-deyə, R.Hüseynov qeyd edib.