YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA-da magistratura təhsilinin təşkili kadr problemini həll etməyə imkan verir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsilin təşkili bizə kadr problemini həll etməyə imkan verir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib. /Trend/

Onun sözlərinə görə, Akademiya kadr çatışmazlığı problemi yaşamamaqdan ötrü magistraturada oxuyanlar arasında seçim edə və gələcək kadrlarımızı hazırlaya bilir.

A.Əlizadə deyib ki, AMEA-da bir çox sahələr üzrə tədqiqatlar aparılır: "Azərbaycan alimləri artıq dünya səviyyəsində önəm verilən istiqamətlər - biotexnologiya, biofizika üzrə tədqiqatlar aparırlar. Alimlərin biofizika istiqamətindəki tədqiqatlarına diqqət bir az da artırılmalıdır".

AMEA prezidenti onu da əlavə edib ki, innovativ tədqiqatların həyata keçirilməsi texnoparklar vasitəsilə mümkündür: "Fikrimcə, MDB məkanında Azərbaycanda olan kimi texnopark yoxdur. Belarusda yaranan texnopark aqrar yönümlüdür. Onun fəaliyyət istiqaməti bizimkindən fərqlənir".

DİGƏR Xəbərlər Arxiv