YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransında iştirak edib

Moskvada "Swissotel" konfrans zalında Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransının açılışı olub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərinin azərbaycanlı tələbələri və digər şəxslər iştirak edirlər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, IDEA kampaniyasına və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb.

Konfransın rəsmi hissəsindən sonra forum "Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar", "Azərbaycan bu gün", "Azərbaycan səhiyyəsi islahatlar yolunda" və "Bakı-2015" seksiyalarında öz işini davam etdirəcək.