YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb

«Son illər ölkəmizdə xeyli sayda elm tutumlu, innovativ yanaşmalara əsaslanan sənaye müəssisələri yaradılıb». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu müəssisələr hazırda uğurla fəaliyyət göstərirlər. Onun fikrincə, sənaye quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, respublikamızda sənaye istehsalı əhəmiyyətli dərəcədə  artıb. 
«Regionlarda sənaye məhəllələrinin və parklarının yaradılması geniş vüsət alıb. Bu kimi istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək verilir. Belə ki, sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye məhəllələrində və parklarında müxtəlif təyinatlı istehsalatlar qurulmasına sərmayələr yönəldən sahibkarlar vergilərdən azad olunurlar. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir»-deyə, T.Rzayev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv