YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

İyunun 13-də Xəzər rayonu İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə  tədbir keçirilib.

Tədbirdə əvvəlcə Milli Qurtuluş Gününə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə Xəzər rayonu İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənov çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd edib. Bu gün Azərbaycanın dünyada söz və nüfuz sahibi olan demokratik, dünyəvi dövlət kimi tanındığını bildirən V.Həsənov diqqətə çatdırıb ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.

YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov isə qeyd edib ki, müasir inkişafımızın əsasında qurtuluş məfkurəsi dayanır. Bu nailiyyətlərin əldə edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtarıb və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz və dönməz edib. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün böyük işlər görür.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi mühitində müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərləri ehtiva edən yeni ideologiyanın əsasının qoyulmasından danışıb. O,Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışının xalqımızın tarixinə taleyüklü siyasi hadisə kimi daxil olduğunu vurğulayıblar. Qeyd edib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcıdır.

Tədbirin sonunda Xəzər rayonunun ictimai işlərində fəallıq nümayiş etdirən bir qrup gənc mükafatlandırılıb.

Tədbir bəddi hissə ilə davam etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv