YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir

«1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət son dərəcədə gərginləşdi, hərci-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçuruma aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalqıın tələbi ilə respublikanın belə ağır günündə Ümummilli lider Heydər Əliyev Bakıya gəldi. Ulu öndər az bir zaman ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər həmin məqamda Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi?

«Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yaradılıb və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Belə bir vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayında yenidən dövlətimizin idarəçilik sükanına keçən Heydər Əliyev xilaskarlıq misiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyərinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı həyata keçirdiyi düşünülmüş siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sahəsində yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyimiz əbədi və sarsılmazdır»-deyə, R.Əliyev vurğulayıb.