YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda sosial rifah dövləti quruculuğu gedir

 

«Azərbaycanda sosial rifah dövləti quruculuğu gedir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, son illər əhalinin sosial müdafiəsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, amma bu istiqamətdə görülən işlər tam başa çatmayıb.
«Əhalinin sosial müdafiəsi sahəsində görüləsi işlər də var. Son vaxtlar dövlət başçısının verdiyi qərarlar bu prosesin davamlı olduğunu bir daha təsdiqləyir. Hesab edirəm ki, gələcəkdə də sosial müdafiənin gücləndirilməsi, sosial dövlət quruculuğu yönündə ciddi addımlar atılacaq»- deyə, komitə sədri vurğulayıb.