YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan tranzit daşımaları üçün əlverişli məkana çevrilir

«Respublikamızda müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi yalnız daxili amillərlə şərtlənmir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqeyə və bir sıra digər üstünlüklərə malik olması ilə bağlıdır.

«Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan nəqliyyat dəhlizləri respublikamızın ərazisindən keçməklə unikal bağlantı yaradır ki, bu da Azərbaycanı tranzit daşımaları üçün əvəzolunmaz məkana çevirir. Davamlı ictimai-siyasi sabitlik, zəngin iqtisadi resurslar ölkəmizin tranzit daşımaları üçün əlverişli mövqeyinə əlavə üstünlüklər qazandırır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə geniş imkanlara malik olduğu barədə konkret təsəvvür yaranar. Bir sözlə, bu istiqamətdə ölkəmizi böyük perspektivlər gözləyir»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv