YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir

Bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. “Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür. Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində bildirib.

Prezident deyib: “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin”.