YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qriqori Karasin: Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üzərində iş aparılır

“Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) avqustda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üzərində iş aparırlar. Bu sənəd bir çox mübahisəli, o cümlədən Xəzərin ehtiyatlarının mənimsənilməsi məsələlərini həll etməyə imkan verəcək.

Bu fikirləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Dövlət Dumasında çıxışı zamanı səsləndirib.

Q.Karasin hazırda bütün “Xəzər beşliyi” ölkələrinin intensiv iş apardığını, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun yaradıldığını qeyd edib. Sənəd Xəzərin mahiyyəti, gələcəkdə onun ehtiyatlarının Xəzəryanı dövlətlər tərəfindən mənimsənilməsinə yanaşma tərzi, su hövzəsinin milli sektorlara bölünməsi kimi bu və ya digər bir çox mübahisəli və aydın olmayan məsələləri həll etməyə imkan verəcək.

Rusiya xarici işlər nazirinin müavini deyib: “Avqust ayında “Xəzər beşliyi” ölkələrinin sammitinin, çox ehtimal ki, Qazaxıstanda keçirilməsi planlaşdırılır. Biz tərəfdaşlarımızla birgə bu Konvensiyanın məhz qarşıdakı sammitdə imzalanması üçün ciddi hazırlıq işləri aparırıq”.

 

DİGƏR Xəbərlər Arxiv