YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən sözügedən yolun yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb.