YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevrilib

«Müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər Günü təsis olundu, respublika gənclərinin ilk Forumu keçirildi, idman sahəsində böyük nailiyyətlərə imza atıldı». Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradılıb, böyük kapital qoyuluşları reallaşdırılıb. Onun sözlərinə görə, bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevrilib.

«Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılıb. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir»-deyə, S.Orucov vurğulayıb.