YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər Azərbaycan Respublikası və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Nazir Elmar Məmmədyarov ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində bir sıra əsaslı işlərin görüldüyünü bildirib, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini qeyd edib.

Tərəflər ÜƏMT və Azərbaycan arasında imzalanmış sənədlərin, eləcə də 2018-2021-ci illəri əhatə edən Tədbirlər Planının əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışan nazir Elmar Məmmədyarov işğal altındakı ərazilərimizdəki resursların talanmasına yönəlik fəaliyyətlə məşğul olan Ermənistan şirkətlərinin və buradakı tarixi ərazilərimizə istinad edilən saxta ticarət nişanlarının və dəyişdirilmiş coğrafi göstəricilərin ÜƏMT sistemi vasitəsilə təşviq edilməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

DİGƏR Xəbərlər Arxiv