YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Hazırda Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır

«Hazırda Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır». Bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ötən dövr ərzində ölkədə makroiqtisadi sabitliblik qorunub saxlanılıb. Onun sözlərinə görə, neft gəlirlərinin digər sahələrə yönəldilməsi iqtisadiyyatın diversifikasiyasında vacib rol oynayır.

«Eyni zamanda, bu amil qeyri-neft sektorunun inkişafına da əhəmiyyətli təsir göstərir. Son illər bu sektorda müşahidə olunan artım bunu deməyə tam əsas verir. Yeni sənaye müəssisələrinin, texnoparkların  yaradılması qeyri-neft sektorunun inkişafında mühüm amildir»- deyə, M.Abbaszadə vurğulayıb.