YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Quliyev: Kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir

«Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

E.Quliyev bildirib ki, bu gün respublikamızda hər bir vətəndaşın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı vacib məsələdir. Onun sözlərinə görə, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir”.

«Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırıb»-deyə, E.Quliyev vurğulayıb.