YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Milli Məclisdə olublar

İyunun 4-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə olub.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı rayonundan deputat Sevinc Fətəliyeva qonaqlara parlamentin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə məlumat verib. O, 2018-ci ilin Prezident tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın şərəfli tarixində parlaq bir səhifə olduğunu vurğulayıb. Bu görüşün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərə hazırlıq ərəfəsində baş tutmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə iştirak edən parlamentin YAP İcra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, millət vəkili Kamran Bayramov vurğulayıblar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər Günü təsis olundu, respublika gənclərinin ilk Forumu keçirildi, idman sahəsində böyük nailiyyətlərə imza atıldı. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları reallaşdırıldı. Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevriliblər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılıb. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.

Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparılıb. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulanıb, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda gənclər onlar üçün yaradılmış bugünkü fürsətə görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları maraqlandıran suallar Milli Məclisin deputatları tərəfindən cavablandırılıb.