YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti və sabiq prezidentlər Azərbaycan Xalq Сümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət yayıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət ünvanlayıblar. Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Serageldin, Albaniya Prezidenti İlir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət başçısı İvo Josipoviç, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko videoçarxda Azərbaycan xalqına təbriklərini çatdırıblar.

Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.