YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: İran və Azərbaycan bölgədə sülh və əmin-amanlığın hökm sürməsini istəyir

İran və Azərbaycan bölgədə sülh və əmin-amanlığın hökm sürməsini istəyir və bu istiqamətdə siyasət aparır.

Bu fikri İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Bakıya yola düşərkən hava limanında jurnalistlərə deyib.

Mahmud Vaezi bildirib ki, Azərbaycan və İran prezidentləri son 5 ildə 12 dəfə görüşərək qarşılıqlı əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər. Dövlətlər arasında imzalanan sənədlər iqtisadi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük zəmin yaradıb.

Səfərinin məqsədi haqqında məlumat verən Mahmud Vaezi Azərbaycan rəsmiləri ilə görüşlərdə qarşılıqlı münasibətlərin perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini nəzərə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv