YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan yüksək inkişaf templərinə görə dünyanın lider ölkələri sırasında yer alıb

«Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider ölkələri sırasında yer alıb». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir. Onun sözlərinə görə, son 15 il ərzində Ümumi Daxili Məhsul 3,2 dəfədən çox artıb, 1 milyon 900 mindən çox yeni iş yerinin yaradılıb. 

«Azərbaycanda işçi qüvvəsinin tərkibində qadınlar 48,6 faiz, məşğul əhalinin tərkibində isə 48,1 faiz təmsil olunurlar. Yəni ölkəmizdə gender bərabərliyi də tam təmin olunub. Qadınlar həm seçkili, həm də idarəetmə və məhkəmə orqanlarında kifayət qədər təmsil olunurlar»-deyə, deputat vurğulayıb.