YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqan İsayev: Azərbaycan indiyədək “Cənub Qaz Dəhlizi” layihələrinə 9 milyard dollar xərcləyib

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin 73 faizi icra edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib.

O qeyd edib ki, indiyədək Cənub Qaz Dəhlizinin tərkibi olan layihələrdə CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub.