YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daisaku Hiraki: Azərbaycandakı neft-qaz layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün çox mühümdür

Xəzər regionunda reallaşdırılan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi kimi neft-qaz layihələri, həmçinin Qazaxıstanda "Kaşaqan" layihəsinin həyata keçirilməsi Yaponiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.

Bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Daisaku Hiraki Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Yaponiya şirkətləri hər iki layihədə iştirak edir, buna görə də Xəzər regionu Yaponiya üçün çox vacibdir: "Bu region, o cümlədən Azərbaycan hələ də nəhəng təbii resurslara malikdir. Biz bütün potensialın istifadə ediləcəyi təqdirdə bu regionda istehsalatın aktiv şəkildə artacağına inanırıq. Bu da regionun davamlı iqtisadi artımına gətirib çıxaracaq. 1970-ci illərdəki neft böhranından sonra Şimal dənizi və Alyaska regionları yeni tədarükçü qismində mühüm rol oynadılar. Lakin bu regionda istehsalat ciddi şəkildə azaldı. Buna görə də indi iri ehtiyatlara malik Xəzər regionuna böyük ümidlər bəslənilir".

Onun sözlərinə görə, istehsalatı artırmaq və sabit gəlir əldə etmək üçün yeni texnologiyaların tətbiqi və neft-qaz infrastrukturunun inkişafı zəruridir: "Yaponiya çox istərdi ki, öz aparıcı texnologiyaları ilə regionu dəstəkləsin. Biz, həmçinin Azərbaycanda perspektiv neft-qaz bloklarında birgə araşdırmalarda maraqlıyıq".