YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransı keçirilir

Bakıda 25-ci "Xəzər Neft və Qaz" ("Caspian Oil and Gas") beynəlxalq konfransı keçirilir.

Konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuri Sentyurin və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hirakinin məruzələri dinlənilir. Ümumilikdə konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək.

Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var. Neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradan konfrans aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələrini və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq.

“Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.