YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə müzakirələrin növbəti mərhələsi keçirilib

 

Mayın 29-da Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə müzakirələrin növbəti mərhələsi Bakıda keçirilib. Bununla əlaqədar Avropa İttifaqının mütəxəssislərindən ibarət nümayəndə heyəti paytaxtımızdadır.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, sənəd layihəsinin hazırlanması üzrə danışıqlar konstruktiv əməkdaşlıq və anlaşma şəraitində davam etdirilir. Saziş layihəsinin müxtəlif fəsillərdən ibarət olduğunu söyləyən mətbuat xidmətinin rəhbəri deyib: “Bu gün aparılan müzakirələrdə əsasən sənədin siyasi fəslində yer alan məqamlara dair fikir mübadiləsi aparılıb. Tərəflərin qəti niyyəti və əzmi saziş layihəsi tezliklə başa çatdırılmasından ibarətdir. Ümid edirik ki, hazırlanan saziş nəticə etibarilə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının hərtərəfli şəkildə inkişafı üçün mühüm bir çərçivə rolunu oynayacaq.

DİGƏR Xəbərlər Arxiv