YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları yüzlərlə ailəyə sevinc gətirir

"Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini humanizm, humanist dəyərlərin təbliğ və təşviq olunması təşkil edir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Bu gün isə Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu siyasəti çox uğurla davam etdirərək humanizm dəyərlərini öz fəaliyyətinin əsas meyarları kimi qəbul və tətbiq edir". Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ulu öndər Heydər Əliyev məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək, məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi: “Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.

"Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları yüzlərlə ailəyə sevinc gətirir. Bu qəbildən olan tədbirlər Azərbaycanda milli həmrəyliyə, vətəndaşın öz dövlətinə inamının artmasına da xidmət edir. Şübhəsiz ki, cənab Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzaladığı əfv Sərəncamı da təkcə onun şamil edildiyi şəxslərə deyil, həm də onların ailə üzvlərinə, yaxınlarına böyük sevinc, xoşbəxtlik bəxş etdi", - deyə, S.Qafarova vurğulayıb.