YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ dövlət katibi AXC-nin 100 illik yubileyi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib

ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə əlaqədar bəyanat verib. Amerika Birləşmiş Ştatlarının hökuməti və Amerika xalqı adından Azərbaycan hökumətini və xalqını Respublika Günü münasibətilə təbrik edən Mayk Pompeo deyib ki, 100 illiyi qeyd olunan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk parlament respublikası və qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olub.

Bəyanatda bildirilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır.

Mayk Pompeo iki ölkə arasında uzunmüddətli əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsini, təhlükəsizlik, enerji və demokratik idarəetmə sahəsində əməkdaşlığı dərinləşdirmək istədiyini qeyd edib. Bəyanatın sonunda ABŞ-ın dövlət katibi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına sadiq qaldığını və tərəfləri intensiv danışıqları mümkün qədər tez zamanda dirçəltməyə çağırıb.