YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mun Ce-in: Azərbaycan son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub

Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub.

Bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanan Mun Ce-in əməkdaşlığımızın möhkəmlənməsinin və dərinləşməsinin gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirib.

Koreya Respublikasının Prezidenti məktubunda Azərbaycan xalqına əbədi firavanlıq arzularını ifadə edib.