YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir.

Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.

“Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram”, - deyə Si Cinpin məktubda qeyd edir.

 

DİGƏR Xəbərlər Arxiv