YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışı zamanı söyləyib.

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilib və bu sənədlər qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanıb. Belə ki, hesabatda bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin ehtiyat fondunun, Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatlar əks etdirilib, qanun layihəsində gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan itki məbləği, funksional təsnifata uyğun olaraq xərclərin icrasının məbləği, dövlət büdcəsinin kəsirinin həddinin məbləği, həmçinin cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq məbləği göstərilib.

Dövlət büdcəsi son illərdə müşahidə edilən maliyyə böhranının səngiməsi ilə xarakterizə oluna bilən dövrdə icra edilib. Belə ki, dünya üzrə ÜDM 2017-ci ilin sonuna gözlənilən artımdan bir qədər çox olub, respublika üzrə isə ÜDM-in həcmi real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artıb. Bir çox makroparametrlərin müsbət meyilləri, ümumilikdə, dövlət büdcəsinin əsas parametrlərinin icrasına öz təsirini göstərib.