YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Beynəlxalq yükdaşımalar artıq Azərbaycan üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilməkdədir

«Yeni Ələt dəniz limanı Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı baxımından  çox vacibdir. Nəzərə alsaq ki, liman yükgötürmə qabiliyyətinə görə regionda ən böyük limanlardan biridir, onda . Xəzər dənizi üzərindən yüklərin daşınması daha qısa müddətə reallaşacaq». Bu fikirləri yap.org.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, yeni limanın istifadəyə verilməsi  Azərbaycan  üzərindən daha çox yük daşınmasına səbəb olacaq. Onun sözlərinə görə, Ələt dəniz limanı iqtisadiyyatın diversifikasiyası, eləcə də, ölkəyə daxil olan vəsaitlərin genişləndirilməsi baxımından da vacib hesab olunur.

«Bu, nəticə etibarilə imkan verəcək ki, liman həm ölkə üzərindən  keçən beynəlxalq yükdaşımaları təşviq edə bilsin. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasət, eyni zamanda beynəlxalq yükdaşılmalarla bağlı prosedurların asanlaşdırılması və şəffaflığın gücləndirilməsinə xidmət edir. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında vahid tariflərin tətbiq edilməsi ilə bağlı razılığın əldə edilməsi də beynəlxalq yükdaşımaların həcminə müsbət təsir göstərməkdədir. Həmçinin, iş adamlarının Azərbaycan üzərindən yüklərin daşınmasına marağının artmasına gətirib çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə prosedurların sadələşdirilməsi və elektronlaşmanın tətbiq edilməsi,Ələtdə limanın imkanların genişləndirilməsi, ötən il Azərbaycan üzərindən daşınan beynəlxalq qeyri-neft sektoru üzrə yüklərin 65 faiz artmasına gətirib çıxardı. Bu, onu göstərir ki, beynəlxalq yükdaşımalar artıq Azərbaycan üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilməkdədir»-deyə, iqtisadçı-ekspert qeyd edib.