YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Buxarestdə qeyd edilib

Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən Tey Parkı - Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ölkəmizin Rumıniyadakı səfirliyi tərəfindən anım tədbiri təşkil olunub.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, “SOCAR Petroleum S.A.” şirkətinin əməkdaşlarının, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvlərinin adından Ulu Öndərin büstü önünə əklillər qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi, sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.