Xəbərlər
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirilib
Sentyabrın 25-də Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının İdarə Heyətinin növbəti mərhələ üçün tədbirlər planı təsdiq edilmiş, İdarə Heyətinin fəaliyyətinin yeni istiqamətləri müəyyən edilmiş və İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmışdır.
İdarə Heyətinin iclasında həmçinin, bələdiyyə seçkilərində Qadınlar Şurasının üzvlərinin iştirakı məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.