YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: AŞPA Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir

«Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün ölkəmizə səfəri əhəmiyyətlidir». Bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, səfər çərçivəsində xanım Brasör Azərbaycanda gedən inkişafın şahidi oldu. Onun sözlərinə görə, keçirilən görüşlərdə Azərbaycanın  xalqının ən böyük narahatçılığının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün olduğu AŞPA sədrinin diqqətinə çatdırıldı.

«AŞPA sədrinin keçirdiyi bütün görüşlərdə əsas problemimizin Qarabağ məsələsi olduğu diqqətə çatdırıldı. Bildirildi ki, nüfuzlu beynəlxalq təşkilat 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Çünki beynəlxalq birliyin ciddi təzyiqləri olmasa, Ermənistan işğalçı siyasətindən əl çəkməyəcək»- deyə, komitə sədrinin müavini vurğulayıb.