YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Türkiyə-Azərbaycan hərbi təlimləri regionda təhlükəsizliyin təmin edilməsinə yönəlmiş səy kimi qiymətləndirilməlidir

«İşğalçı Ermənistan Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı yanlış məlumatlar yayır. Dövlətlərimizin hərbi əməkdaşlığına başqa bir məna vermək lazım deyil».  Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu təlimlər imzalanmış müqavilələr əsasında ikitərəfli formatda həyata keçirilir. Onun sözlərinə görə, həmin təlimlər hər iki tərəfin maraqlarına uyğundur.

«Türkiyə-Azərbaycan hərbi təlimləri bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına yönəlmiş səylərin ilk addımları kimi qiymətləndirilə bilər»- deyə, M.Qasımlı qeyd edib.