YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatında “700 min ağac əkək” kampaniyası uğurla başa çatıb

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.

Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan  ağacəkmə kampaniyası Zərdab rayonu ərazisində yerləşən meşə zolağında genişləndirilməsi nəzərdə tutulan ərazidə keçirilib.

Kampanyada YAP Zərdab rayon  təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

“700 min ağac əkək” kampaniyası Aran regionunda  yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “700 min ağac əkək” kampaniyası çərçivəsində ərazidə artıq 14000 minə yaxın ağac əkilib.