YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı ulu öndərin anadan olmasının 95 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası və "Heydər Əliyev fenomeni və müasir Azərbaycan dövləti" adlı tədbir keçirib

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 5-də Çilov adasında ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Azərbaycan Milli Məclisinin deputatlarından Musa Quliyev, Jalə    Əliyeva, Aydın Hüseynov, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli , Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahveridiyev, RİH-nin əməkdaşları, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada 500-dən çox şam və zeytun ağacı əkilmişdir.

Aksiyadan sonra tədbir iştirakçıları Çilov Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.  Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.

Çıxışların sonunda bir qrup şəxslər rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub. Tədbir tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam edib.